Türkiyədə kompyuter alışdı, 20 nəfəri zəhərlədi
Türkiyənin şərqində Balıkəsir vilayətində oyun kompyuterinin alışması güclü yanğına səbəb olub.
Trend-in məlumatına görə, yanğın nəticəsində 20 nəfərin tüstüdən zəhərlənməsi barədə xəbər verilib.
Xəsarət alanların hamısının Türkyə vətəndaşları olduğu bildirilir.
Zəhərlənənlərdən 5 nəfərin isə hadisə yerinə gəlmiş polis olduğu bildirilir.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.