Atatürk riyakar şeyxin saqqalını necə qırxdırdı?

Türkiyə Cümhuriyyətinin qurucusu, böyük şəxsiyyət Mustafa Kamal Atatürk həm də qeyri-adi düşüncə sahibi idi.O, orijinal analiz, mühakimə qabiliyyəti ilə yanaşı, həm də insan psixologiyasını çox mükəmməl şəkildə bilirdi.

Moderator.az-ın Atatürklə bağlı təqdim etdiyi maraqlı tarixi faktda da bunu görmək olar:

Atatürk bir gün Amasiya səfərində olarkən diqqətini uzun saqqallı bir adam çəkir. Onun kim olduğunu soruşur. Bildirirlər ki, o buralarda hörmət sahibi bir şeyxdir. Atatürk şeyxi işarəylə yanına çağırıb deyir:
– İnsanlıq, Allah sevgisi saqqalın uzunluğunda deyil. Rica etsəm bir az qısalda bilərsənmi?
Bu sözləri deyəkən də əli ilə boynunu göstərir.
Şeyx deyir ki, baş üstə…
Aradan bir müddət keçir. Atatürk Amasiya valisinə zəng edib şeyxi soruşur. Vali deyir ki, saqqalında heç dəyişiklik etməyib… Atatürk bu söhbətdən sonra valiyə bir məktub yazıb onu şeyxə çatdırmasını istəyir.
Bir gün keçmədən vali xəbər verir ki, şeyx Atatürkü görməyə gəlir…
Şeyx artıq yeni geyimi, tər-təmiz təraş olmuş üzü ilə hamını təəccübləndirir. Atatürkün yanındakılardan biri dözə bilməyib soruşur:
— Paşam, məktubda nə yazmışdınız? Bu ki, saqqalını qırxmaz idi…
Atatürk cavab verir:
— Onu Afyon valisi təyin etdiyimi yazmışdım.
Atatürk onu qarşılayır, görüşür, amma heç nə demir. Görüşdən sonra əlindəki məktubu köməkçisinə verib şeyxə çatdırmasını istəyir. Məktubda yazılmışdı:
“İnsanlığın saqqalın uzunluğunda olmadığını anladığına sevindim. Vali məsələsinə gəlincə, bu gün kreslo uğrunda 40 illik saqqalından keçən, sabah daha sərfəli təklif üçün millətindən keçər. Vəzifədən azad edildin…”

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi