Putin Trampla telefonla danışıb
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefonla danışıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, danışıqlar zamanı ikitərəfli münasibətlər və “qaynar nöqtələr”də vəziyyət müzakirə olunub, xüsusilə Koreya yarımadasının probleminin həlli.
Qeyd olunur ki, danışıq ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.