Dünyanın maliyyə texnologiya şirkətləri öz təcrübələrini Bakıda bölüşəcəklər

2018-ci il aprelin 17-18-də Bakıda “Rəqəmsal bankçılıq və təhlükəsizlik” mövzusunda regional konfrans keçiriləcək. Tədbirdə Türkiyənin bank innovasiyaları lideri olan “Denizbank”ın rəqəmsallaşdırma rəhbəri Gurhan Çam skiper kimi çıxış edəcək.

Konfransın media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, tədbirdə “Denizbank” və “Intertech” maliyyə texnologiya şirkəti banklara rəqəmsal bankçılığa tranformasiya imkanları və hazır həllər təqdim edəcək, bank avtomatlaşdırma proqram təminatlarını və avadanlıqlarını sərgiləyəcək.

Tədbir çərçivəsində maliyyə texnologiya avadanlıqlarının, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin sərgisi baş tutacaq. Həmçinin müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, “Unionpay”, “AliPAY”(“ALIBABA”), “VISA”, “Mastercard” kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.

Konfrans “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və “FA International Trade Events” (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.

Tədbir barədə ətraflı məlumatı www.dbs-conference.org saytından əldə etmək olar.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi