İtaliyada kilsə ərazisində məscid tikiləcək

İtaliyanın Florensiya şəhəri yaxınlığında katolik kilsəsinin ərazisində məscid inşa ediləcək.

Bu barədə ölkənin nüfuzlu “La Nazione” qəzeti məlumat yayıb.

Florensiya şəhəri yaxınlığındakı katolik kilsəsinin ərazisində məscidin inşası ilə bağlı anlaşma protokolu bu gün imzalanacaq.

Protokola əsasən Fiorentinanın Sesto əyalətindəki universitetin ərazisində dini mərkəzin yaradılması da nəzərdə tutulur.