Fazil Məmmədovun milyardlıq mülkləri – SİYAHI

Ata holdinq“, “Ata bank” və “Yeni Həyat” MMC bu “üçlük”dən yəqin ki, agah olmayan yoxdur. Bəli, Fazil Məmmədovun ən çox bilinən üç fərqli sektordakı “əməklər”idir.

Biz sizə siyahının geridə qalan tərəflərini də təqdim edəcəyik.

Siyahıdakı ardıcıllığı “Synergy grup” davam etdirsə də , “Şəmkir kapital group” isə bu silsilədə yenidir. Çünki “sahibkar” onu yaxın bir neçə il ərzində “mülklər silsiləsi”nə qatıb.

Təssüflər olsun ki, bu yeni əmlak düşərli olmadı.

Şəmkir rayonuna “xüsusi diqqət”i ilə seçilən Məmmədovun burdakı 100 hektardan çox mülkünün artıq əlindən çıxdığı iddia edilir.

Keçmiş nazirin “Comas” MMC-adı altında birləşdirdiyi kifayət qədər ayrı-ayrı sektorlara xidmət edən şirkətlər qrupu da yaxın keçmişdə “vahid” hala gətirilib. Əvvəllər  10-dan çox müstəqil obyekt kimi fəaliyyət göstərən bu məkanlar, “təsisçisinin qərarı” ilə bu gün bir ad altında birləşib.

Bir digər maraqlı mülk “politrin istehsal edən zavod“dur. Belə ki, yaxın illərdə paytaxt bakıda yəqin ki, binaların üzləndiyi ilə qarşılaşmışdınız. Bu üzlüklər həmin zavodun məhsulları idi. Ard-arda binalarda bu üzlüklər səbəbindən yanğınlar olması xəbəri insanları məyus edirdi. “Sahibkar”nın tutulduğu o zavod da Məmmədovun mülkləri siyahısında idi.
Qeyd edək ki, üzlüklərin keyfiyyətsiz olması səbəbindən kifayət qədər ailə məhv olmuşdu.

Ölkə daxilindəki daşınmaz əmlaklar, dənizkənarı yay istirahəti üçün “nəzərdə tutulmuş” imarətləri də kifayət qədərdir.

Ölkə xaricində də daşınmaz əmlak işinə “marağı” var imiş.

Fazil Məmmədovun dəyəri milyon dollarlarla ölçülən bir digər əmlakının “səsi” Ukrayna- Truskavetsdən gəlir. “Mir” adlı istirahət zonası həm müalicəvi, həm də istirahət xidmətləri var.

VİP otaqlarının ölçüsü 126 m2-dır.

Dəbdəbəli dizayn və görünüşü ilə seçilən otel, kifayət qədər rəğbət də görür. Bu da “samballı pul axını” deməkdir.

Xaricə getsəniz “xeyir vətənə qalsın prinsipi ilə istirahət edə bilərsiniz”

Bəs bu mülklərin ümumi məbləği nə qədərdir?!

“Synergy grup“, “Şəmkir kapital group” , “Comas” MMC , “politrin istehsal edən zavod” , Ukraynadakı – “Mir” adlı otel, daşınmaz əmlakları və s…
Bu obyektlərin hər birinin dəyəri milyon dollarlarla hesablanır.

Maraqlı bir sual ortaya çıxır: Bu obyektlərin aqibəti necə olacaq?

“Politrin istehsal edən zavod” fəaliyyətini dayandırsa da, Şəmkirdə 100 hektar ərazi Dövlət nəfinə qaytarılsa da, kifayət qədər mülk “sahibkarı”nın əlindədir. Hələ ki, stabil qalmağa da davam edir. Xeberler.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi