Bakıda sensasion hadisə – Bankomatlardan yarım milyon pul oğurladı

Bir neçə gün əvvəl Bakıda bankomatdan külli miqdarda pul oğurlayan şəxsin digər cinayətləri üzə çıxıb. 
Lent.az xəbər verir ki, Xətai rayonu Axundov küçəsində quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayan İmişli rayon sakini, 31 yaşlı Orxan Əhmədovun bir neçə banka məxsus bankomatlardan yüz min manatlarla pulu ələ keçirdiyi üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, Orxan Əhmədov başqa-başqa vaxtlarda özünün əvvəlcədən seçdiyi və pulla dolu olan bankomatları hədəf seçib. O, pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edirmiş və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçirirmiş.

Məlum olub ki, Orxan Əhmədov keçən ilin iyulunda Biləsuvarda məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbədə Cəbrayıl rayon Telekommunikasiya Qovşağının həyətində yerləşən bankomatı gecə saatlarında qaynaq aparatı ilə kəsib. O, bankomatdakı 147 min manat pulu oğurlayıb. Hadisənin sabahı günü yerli sakinlər pensiya və müavinətləri almaq üçün yaxınlaşdıqda, bankomatda pulun olmadığını görüblər.

Bundan başqa Orxan Əhmədov keçən ilin avqustunda Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Rəsulzadə küçəsindəki bankomatı da gecə saatlarında eyni üsulla doğrayıb. O, bankomata yerləşdirilmiş 43270 manatı götürərək aradan çıxıb.

Onun növbəti hədəfi isə Salyan rayonu Sarvan kəndindəki bankomat olub. Keçən ilin sentyabrında gecə saatlarında qeyri-qanuni yolla kənddəki poçt şöbəsinə daxil olan Orxan banklardan birinin bankomata yerləşdirdiyi 155 min 556 manatı xüsusi yollarla çıxardıb. O, gizli şəkildə kəndi tərk edib.

İz itirmək üçün oğurluq etdiyi rayona bir də qayıtmayan Orxan növbəti dəfə Ucara gedib. O, keçən ilin dekabrında Ucarın Qazıqumlaq kəndində icra nümayəndəliyinin həyətində quraşdırılmış bankomatı da qaynaq aparatı ilə doğrayıb və oradan 10591 manat götürərək aradan çıxıb.

Araşdırmalar zamanı o da məlum olub ki, Orxan Əhmədovun uğursuz oğurluq cəhdi də olub. O, Biləcəridəki dəmiryolu xəstəxanasının həyətindəki bankomatı doğramaq istəyərkən, kiminsə yaxınlaşdığını görüb və oradan qaçıb. Son olaraq Bakının Xətai rayonunda bankomatı kəsərək 40 min manat çıxaran şəxs kamera görüntüləri və digər vasitələr vasitəsi ilə müəyyənləşdirilərək yaxalanıb.

O da məlum olub ki, Orxan Əhmədov əvvəllər məhkumluq həyat yaşayıb və oğurluq hadisələrini törədərkən iz qoymurmuş. Onun son vaxtlar varlanması, özünə yaxşı həyat şəraiti qurması bir çox insanlarda şübhə yaradıbmış.

Araşdırmalar davam etdirilir.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir