Parlamentdə deputatlar yumruq davasına çıxdılar

Türkiyə Böyük Millət Məclisində 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtidar və müxalifət partiyalarından deputatlar arasında mübahisə yaranıb.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına əsasən, qarşıdurmaya müxalif Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Özgür Özelin ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında işlətdiyi ifadələr səbəb olub.

Buna etiraz olaraq hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlar kürsüyə doğru axışıb və nəticədə millət vəkilləri arasında qarşıdurma yaşanıb.