İsrail aviasiyası Qəzzaya zərbələr endirib

israil aviasiyası Qəzza Zolağında yerləşən HƏMAS mövqelərinə hücum edib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

 “HHQ İsrailin Aşkelon şəhəri istiqamətində atılan raketə cavab olaraq HƏMAS-ın hərbi düşərgəsinə zərbə endirib”, – deyə press-relizdə bildirilir.