Azərbaycan Gimnastika Federasiyasının yeni baş katibi təyin olunub

Bu gün, Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin 30-cu iclası baş tutub.

Trend-ə AGF-dən verilən məlumata əsasən, iclasda ilk öncə Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubunun rəhbərləri həmin qurumların fəaliyyətini əks etdirən təqdimat ediblər. Təqdimat zamanı gimnastika növləri üzrə fəaliyyət göstərən bölmələr haqda məlumat verilərək, son bir il ərzində gimnastikanın inkişafı istiqamətində görülmüş işlər, o cümlədən qarşıya qoyulmuş gələcək planlar müzakirə edilib.

Həmçinin, iclasda gimnastların Lisenziyası üzrə qaydalarına və AGF tərəfindən təltif olunan Xatirə Medalları haqqında Əsasnaməyə təklif edilən dəyişikliklər də təsdiq olunub.

Görüş çərçivəsində federasiyanın Baş katibinin, gimnastika növləri üzrə Kompleksli Elmi Tədqiqat qrupunun rəhbərinin və gimnastika növləri üzrə yığma komandaların Baş məşqçilərinin illik hesabatları da dinlənilib.

Daha sonra Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilmiş F. Qayıbovun AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq federasiyada tutduğu Baş katib vəzifəsindən azad olunması ilə bağlı İcra Komitəsinə ünvanladığı ərizəsi qəbul edilərək, təsdiq olunub.

Azərbaycan Gimnastika Federasiyasının Baş katibi vəzifəsinə 2007-2009-cu illərdə federasiyanın Baş katibinin köməkçisi, 2009-cu ildən bu günə qədər isə müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.

N. Məmmədzadə 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-2000-ci illərdə Təfəkkür Universitetinin ilgilis dili ixtisası üzrə “Filologiya” fakültəsinin bakalavr dərəcəsini, 2001-2003-cü illərdə isə həmin ixtisas üzrə Xəzər Universitetinin magistr dərəcəsinin bitirib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi