ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra İstanbulda Şişli bələdiyyəsi ərazisindəki “Donald Tramp” yeraltı piyada keçidinin adı ləğv edilib.
Bu barədə Türkiyə mətbuatı məlumat verir.
Gecə saatlarında “Tramp piyada keçidi” yazısı da keçiddən çıxarılıb.
Xatırladaq ki, dekabrın 6-da D.Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.






