Azərbaycan neftinin bir barreli 64,42 dollara satılır
Azərbaycan neftinin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,50 dollar bahalaşaraq 64,42 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar bahalaşaraq 62,20 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar ucuzlaşaraq 56,66 dollar təşkil edib.