Bəzi kollec məzunları ali məktəblərə imtahansız qəbul oluna bilər

Azərbaycanda kolleci yüksək nəticələrlə bitirən məzunlar ali məktəblərin eyni ixtisaslarına (kollecdəki ixtisasın eyni) Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarını vermədən qəbul oluna bilərlər.

Bunu Trend-ə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

Onun sözlərinə görə, “Təhsil haqqında” qanunda da təhsilin fasiləsizliyinin təmin edilməsi məsələsi var: “Bu gün bunun həyat keçirilməsi orta ixtisas təhsili müəssisələrinin məzunları üçün daha real görünür. Bununla bağlı nazirlikdə müəyyən işlər görülür. Amma bu, hələ mümkün deyil”.

S.Gözəlov bildirib ki, bunun üçün ilk növbədə ali məktəb və kolleclərin ixtisaslarının unifikasiyası vacibdir: “Başqa sözlə, kollecdəki ixtisasla ali məktəbdəki ixtisasın adı eyni olmalıdır. Buradakı fərq sadəcə təhsil müddətlərinin müxtəlifliyində olmalıdır”.

S.Gözəlov əlavə edib ki, ali təhsil müəssisələrində keçirilən fənlərin sayı çox, orta ixtisas təhsili müəssisələrində isə azdır: “Unifikasiya ona gətirib çıxaracaq ki, kollecdə keçirilən fənlərin böyük əksəriyyəti həm məzmun, həm də kredit sayı etibarı ilə ali məktəblərdəkilər ilə eyni olacaq. Eyni olduğu halda, tələbə bir fənnin kreditini bir dəfə qazanıbsa, onun bakalavriat səviyyəsində təkrar qazanmasına ehtiyac olmayacaq. Bu isə o deməkdir ki, tələbə bakalavriat səviyyəsi üzrə təhsil almağa başlayanda artıq həmin bakalavriat proqramının bir hissəsini subbakalavrda mənimsəmiş və onlara görə kreditini ödəmiş olacaq”.

S.Gözəlov əlavə edib ki, bunun hesabına da kollec məzunu olmuş və ali məktəbdə təhsil alan tələbənin təhsil müddəti qısalacaq. Yəni tələbə 2,5-3 il müddətinə artıq bakalavriat səviyyəsini bitirmiş olacaq.

Nazirlik rəsmisi hesab edir ki, bu, həm təhsilin fasiləsizliyinin təmin olunmasına, həm təhsilin keyfiyyətinin yüksəlməsinə, həm də tədris resurslarından, elmi-pedaqoji heyətin potensialından ortaq şəkildə istifadəyə imkan verəcək: “Ali təhsil müəssisələrinin bir qisminin nəzdində artıq kolleclər fəaliyyət göstərir. Bu məsələnin kollecləri olan belə universitetlərdə həyata keçməsi daha realdır”.

S.Gözəlov əlavə edib ki, yeniliyin nə vaxt reallaşacağını konkret demək mümkün olmasa da, yaxın illər ərzində baş tutacağı gözlənilir: “Çünki Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da təhsilin fasiləsizliyinin təmin olunması məsələsi qoyulub. Ona görə də düşünürəm ki, yaxın illər ərzində bu məsələ reallaşa bilər. Qərar qəbul olunacağı təqdirdə kolleci nailiyyətlə bitirən məzunlar ali məktəblərin eyni ixtisaslarına (kollecdəki ixtisasın eyni) Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etmədən qəbul oluna biləcəklər”.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib