Xalq artisti Ramiz Novruzun qızı ermənilərin dəvəti ilə Amerikaya gedir
Azərbaycanın ən məşhur stilistlərindən biri, xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruzova ABŞ-a gedir.
A24.az xəbər verir ki, bu haqda Şəfəq xanım özü sosial şəbəkə vasitəsi ilə məlumat yayıb.
Şəfəq Novruzova Amerikaya gözəllik üzrə master – klass keçməyə gedəcəyini bildirib.
Diqqətçəkici məqam budur ki, həmyerlimizi ora erməni Alis Ataxanyan dəvət edib.
Şəfəq xanım bütün paylaşımda Alisin soyadını çıxardıb və təşkilatçını Alis kimi qeyd edib.
Lakin təşkilatçının səhifəsinə daxil olduqda erməni məşhurları ilə çəkilən şəkillərini və erməni mahnıları oxuduğunu görmək mümkündür.
Bundan başqa Alis internetdə özü haqda etdiyi paylaşımlarda erməni kökənli olmasını gizlətməyib.