2019-cu ildə planet əhalisinin 50%-i internetdən istifadə edəcək

“eMarketer” analitiklərinin proqnozuna görə, 2017-ci ildə dünyada internet istifadəçilərinin sayı 3,46 milyard təşkil edəcək. Analitik şirkətin qiymətləndirməsinə görə, bu il planet əhalisinin təxminən 47%-i masaüstü fərdi kompüter, noutbuk və ya mobil qurğunun köməyi ilə ən azı ayda bir dəfə internetə daxil olub.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin proqnozuna görə, 2019-cu ilədək planet əhalisinin 50%-dən çoxu və ya təxminən 3,84 milyard nəfər internetdən istifadə edəcək. 2021-ci ildə göstəricilər müvafiq olaraq 53,7% və 4,14 milyard nəfər təşkil edəcək.

Mütəxəssislər qeyd edirlər ki, internet istifadəçilərinin qlobal sayının artmasına internetə çıxış imkanına malik mobil telefonların yayılması imkan yaratmağa davam edir. Asiya-Sakit okean regionu, Mərkəzi və Şərqi Avropa, Latın Amerikası, Yaxın Şərq və Afrikanın bir çox sakinləri internetə çıxış üçün bu qurğulara üstünlük verir.

Həmçinin “eMarketer” şirkəti bildirib ki, 2017-ci ildə mobil telefonların köməyi ilə internetə daxil olan istifadəçilərin sayı 2,73 milyard nəfər təşkil edəcək.

Bundan başqa, 2017-ci ildə dünyada smartfon istifadəçilərinin sayı 2,39 milyard nəfər təşkil edəcək ki, bu da dünya əhalisinin 32,3%-i deməkdir.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi