Gələn ilin əsas kibertəhlükələri açıqlanıb

“Kasperski Laboratoriyası” şirkətinin 2018-ci ilin əsas kibertəhlükələri haqda proqnozuna görə texnoloji müəssisələr və proqram təminatı hazırlayanlar hakerlərin hədəf nöqtəsində olacaq. Ekspertlər hesab edirlər ki, qanuni proqram istehsalçılarına edilən hücumların sayı artacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, proqnoza əsasən, zərərverici proqram təminatının texnoloji şəbəkədəki aktivliyindən yaranan zərər həmin proqram təminatı tərəfindən korporativ şəbəkədə yaradılan zərəri ötə bilər və texnoloji infrastruktura hücum zamanı personalın fəaliyyəti çox vaxt effektsizdir. Bu amillərin məcmusu sənaye sistemlərini haker hücumları üçün cəlbedici edir.

“Kasperski Laboratoriyası”nın proqnozuna görə, gələn il avtomobillərə qurulmuş əməliyyat sistemləri və fərdi tibbi qurğular hakerlərin hədəfində olacaq.

“Mütəxəssislərin fikrincə, 2018-ci ildə hakerlər internetə yeni qoşulmuş sistemlərə (məsələn, avtomobil və tibbi qurğular) hücum etməyə başlaya bilərlər. Məsələn, hakerlər avtomobil sahibinin smartfonunu yoluxdura və avtomobilin müxtəlif funksiyalarını idarə edən mobil proqramı manipulyasiya edə bilərlər.

Ekspertlərin qiymətləndirməsinə görə, gələn il internetə qoşulmuş tibbi qurğuların sayı 19 milyonadək artacaq. 100 milyon fitness treker daxil olmaqla tibbi qurğular hakerlərin maraq dairəsində olacaqlar. Belə qurğulara edilmiş hücumlar sahibin fərdi məlumatlarının oğurlanması ilə nəticələnə bilər ki, bu da pasiyentin həyatı üçün təhlükəlidir.

Həmçinin şirkətin xəbərinə görə, hakerlər smartfon və planşetlərə hücum etməyə davam edəcəklər, istifadəçi pullarının mümkün bütün mənbələri kibercinayətkarların maraq dairəsində olacaq.

Nəhayət, şirkətin analitikləri belə hesab edirlər ki, yaxın aylarda ev routerləri və modemlər kibertəhlükə altında olacaqlar. Ekspertlər bu qurğuların müdafiəsi üçün istifadəçilərə onların standart zavod parollarını dəyişdirməyi tövsiyə ediblər.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi