Daha bir ölkə eynicinsli nikahları rəsmiləşdirdi
Avstraliya parlamentinin nümayəndələr palatası mütləq səs çoxluğu ilə eynicinsli nikahların qanuniləşdirilməsi barədə qərar qəbul edib.
Avstraliyanın baş naziri Malkolm Ternbull qərarı alqışlayıb. General-qubernatorun yaxın günlərdə bu qərarı təsdiqləyəcəyi deyilir.
Referendumda avstraliyalıların 62 faizi qərarın lehinə səs verib. BBC News