Məscidi-Aksa qaranlığa qərq oldu
İşğal altında olan Şərqi Qüdsün Köhnə Şəhər bölgəsində yerləşən Məscidi-Aksanın işıqları söndürülüb.
Publika.az xəbər verir ki, hadisə ABŞ prezidenti Doanld Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi ilə paralel olaraq gerçəkləşib.
Məscidlə yanaşı, xristian inancına görə, Həzrəti İsanın doğulduğu yer olan Məhd Kilsəsinin meydanındakı Yeni İl ağaclarının işıqları da söndürülüb.
Məscidi-Aksanın işıqlarının söndürülməsinə dair Qüds İslami Vəqflər İdarəsindən hər hansı açıqlama verilməyib.