Rusiya Olimpiadaya buraxılmadı – ŞOK QƏRAR

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, komitə Rusiyaya sanksiya tətbiq edib və bu ölkənin milli komandasını 2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarından kənarlaşdırıb. Yalnız bəzi rusiyalı idmançılar Pxençxanda neytral bayraq altında yarışlara qatıla bilərlər.

Məlumatda qeyd olunub ki, Rusiya bayrağı, “Rusiya” yazısı daxil olmaqla, bu ölkəyə dair istənilən atributun nümayiş etdirilməsi qadağan olunub. Bundan başqa, rusiyalı idmançılara dövlət himnini səsləndirməyə qadağa qoyulub.

Rusiyan İdman Nazirliyinin heç bir nümayəndəsi Olimpiadada akkreditasiya edilməyib.

Vitse-prezident, sabiq idman naziri gələcəkdə bütün Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırılıb. Eyni qərar onun müavini Yuri Naqornıx barəsində də çıxarılıb.

Rusiya Olimpiya Komitəsinin sabiq rəhbəri Dmitri Çernışenko “Pekin-2022” Əlaqələndirmə Komitəsində iştirakdan kənarlaşdırılıb.

Rusiya Olimpiya Komitəsinin hazırkı rəhbəri Aleksandr Jukov BOK-dan uzaqlaşdırılıb.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi