Moskvadan uçuşlar yenə dayandırıldı – Qar imkan vermir

Rusiyanın “Aeroflot” aviaşirkəti kəskin hava şəraiti ilə əlaqədar Moskvada 60 reysi təxirə salıb. Trend-in məlumatına görə, aviaşirkət daha 35 aviareysin vaxtının isə dəyişdirilməsi barədə rəsmi saytında məlumat yerləşdirib.

Məlumata görə, təxirə salınan aviareyslər əsasən Moskvadan Arxangelsk, Berlin, Varşava, Venesiya, Roma, Krasnodar və başqa şəhərlərədir.

Qeyd edək ki, Moskavada ötən həftə də güclü qar yağması və çovğun səbəbindən yüzlərlə reys təxirə salınıb.