Şərur rayonunda quruculuq işləri davam edir

Muxtar respublikanın bütün bölgələrində müasir şəhərsalma mədəniyyətinin yüksək tələblərinə cavab verən əzəmətli binalar inşa olunur, infrastruktur gücləndirilir. Bu tədbirlərin davamı olaraq Şərur rayonunda Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina inşa edilir, su və kanalizasiya infrastrukturu yenidən qurulur.

AZƏRTAC xəbər verir ki, Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa edilən yeni bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Müasir memarlıq üslubunda tikilən muzey binasında ekspozisiya zalı, fond və yardımçı otaqlar yaradılacaq. Ekspozisiyanın dizaynı tarixi-memarlıq ənənələrinə uyğun aparılacaq. Tikinti işləri başa çatdırıldıqdan sonra binanın yerləşdiyi ərazi Şərur şəhərinin görməli ünvanlarından birinə çevriləcək.

“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Şərur rayonunda su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri də davam etdirilir. Şərur şəhərini və rayon mərkəzinə yaxın kəndləri əhatə edən layihəyə uyğun olaraq yeni içməli su xətti və çirkab suların axıdılması üçün kanalizasiya xətləri çəkilir. Xətlərin çəkilişində, əsasən, yüksək təzyiqə davamlı plastik borulardan istifadə olunur.

Ötən dövrdə tutumu 7 min 500 kubmetr olan bir, hər birinin tutumu 10 min kubmetr olan iki su anbarını qidalandırmaqdan ötrü 1,5 kilometr uzunluğunda boru xəttinin çəkilişi yekunlaşdırılıb. Bundan başqa, Şərur şəhərindəki, Mahmudkənd və Zeyvə kəndlərindəki inzibati binalara, ictimai və fərdi yaşayış evlərinə əsas və paylayıcı xətlərin çəkilişi başa çatıb, sayğaclar quraşdırılıb.

Hazırda əsas diqqət Şərur şəhərinin mərkəzindəki yollarda və ictimai yaşayış binalarının həyətlərində aparılan qazıntılar zamanı zədələnmiş yol yatağının təmirinə yönəlib. Xətlərin üstünə tökülən çınqıl qatı xüsusi texnikalar vasitəsilə bərkidilir, hamarlanır, sonra isə əvvəlki səviyyədə asfalt örtük salınır.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib