Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib – FOTOLAR

Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib.

Ağdaşın Xosrov kəndi ərazisində iki minik avtomobili toqquşub, iki nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

90 AP 222 dövlət nömrə nişanlı, “Nissan” və 12 BE-706 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb.

Qəza nəticəsində Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Polis şöbəsinin rəisi, polkovnik Etibar Abdıyevin qollarının sındığı və döş qəfəsinin əzildiyi, sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuri Nuriyev  xəsarət alan polis rəisinin səhhəti ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

O bildirib ki, polis rəisi Etibar  Abdiyevin vəziyyəti qənaətbəxşdir: “ Ona ilkin yardım edildi. Artıq müalicəsini davam etdirmək üçün Bakıya yola salınıb. Sürücünün isə vəziyyəti yaxşıdır”.

Xatırladaq ki, E. Abdiyev  bundan əvvəl Qəbələ rayon polis şöbəsinin rəisi işləyib. O, ötən ilin may ayında vəzifəsindən azad olunaraq Ucar rayon polis şöbəsinə rəis göndərilib.

 



  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi