ABŞ dövlət katibinin istefası gözlənilir
Ağ Ev dövlət katibi Reks Tillersonun postuna Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeonu gətirməyə hazırlaşır.
Trend-in məlumatına görə, bu barədə “The New York Times” qəzeti xəbər verir.
Plana görə, MKİ-nin yeni direktoru Arkanzas ştatının respublikaçı senatoru Tom Kotton olacaq.
Qəzet yazır ki, Ağ Ev Tillersonu yaxın həftələrdə istefaya göndərməyi planlaşdırır.