“Facebook”, “İnstagram” və digərlərinin Azərbaycanda ofisləri açılmalıdır – TƏKLİF

İnternetdə uşaq və yeniyetmələrin təhlükəli informasiyalardan qorunması ciddi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, müvafiq icra hakimiyyəti orqanlarının bu tip məsələlərə, yəni internet resurslarında uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərə daha ciddi diqqət yetirməsi doğru olar.

Bunu Trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz bildirib ki, hazırda uşaqların və yeniyetmələrin psixologiyasına mənfi təsir edən xeyli internet informasiya resursları var:

“Bununla bağlı monitorinqlərin aparılması və bu monitorinqlərin nəticələrinin açıqlanması düzgün olardı. İnternet provayderlərə uşaq və yeniyetmələrə ziyanlı məlumatlarla bağlı xəbərdarlıq edilməlidir və bu saytların bağlanması üçün məhkəməyə, aidiyyatı qurumlara müraciət olunmalıdır”.

O.Gündüz həmçinin sosial şəbəkələrdə uşaq və yeniyetmələrlə bağlı baş verən mənfi hallara da münasibət bildirib.

O qeyd edib ki, bu şəbəkələr xarici informasiya resurslarıdır: “Təbbi ki, orada fərdi bloklama məsələləri problem yaratdığından daha çox maarifləndirmə işlərinə üstünlük verilməlidir. Bu istiqamətdə komlpeks işlər aparılmalıdır. Yəni valideynlər, məktəb, ictimaiyyət, medianın üzərinə burada ciddi iş düşür. Hökumət özü də bu cür qlobal resursların sahibləri ilə əməkdaşlıq etməlidir, çünki burada müəyyən addımların atılması zəruridir. Onların Azərbaycanda ofisləri açılmalıdır, serverləri bura gətirilməlidir, yəni əməkdaşlıq, maarifləndirmə daha düzgün istiqamətdir”.

Azyaşlıların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması məsələsinə gəlincə, O.Gündüz qeyd edib ki, bir sıra sosial şəbəkələr girişə yaş məhdudiyyəti qoysa da, bunu tənzimləmək mümkün deyil: “Məsələn, “Facebook” 13 yaşdan aşağı uşaqların şəbəkəyə girişinə icazə vermir, lakin istifadəçi yaşını artıq göstərərək daxil olur. Buna sosial şəbəkələr nəzarət edə bilmirlər. Ona görə də bu istiqamətdə valideyn, məktəb, cəmiyyət maarifləndirmə işləri aparmalıdır”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi