“Cəngi” qrupu Paris cazsevərlərinin qəlbini fəth edib

Muğamdan etno-caza qədər ən müxtəlif janrları birləşdirən “Cəngi” qrupu Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə Parisdə xarici ölkələrin mədəniyyət mərkəzlərinin forumunun 15-ci “Jazzycolors” caz festivalında iştirak edib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl səfirliyimizin siyasi işlər üzrə müşaviri Nigar Hüseynova “Cəngi” qrupunu təqdim edərək, Azərbaycan caz musiqisi haqqında məlumat verib.

Bildirib ki, caz musiqisi ölkəmizdə populyardır. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş ənənəvi muğam musiqisi ilə birləşərək, son dərəcə yüksək improvizasiyalarla dolu caz-muğamı yaradılıb.

Keçən əsrin 60-cı illərində Vaqif Mustafazadə caz – ritmik musiqisi ilə muğam – həzin musiqisinin sintezindən yeni “caz-muğam”ın əsasını qoyub. 1990-cı illərdə caz musiqiçisi Rafiq Babayev etno-caz “Cəngi” qrupuna yeni həyat verib, 2002-ci ildən qrup Azərbaycan Əməkdar Artisti Mircavad Cəfərovun rəhbərliyi ilə fəaliyyət göstərir.

Sonra “Cəngi” qrupunun üzvləri Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), İsgəndər Ələsgərov (zərb alətləri), Ruslan Hüseynov (bas gitara) və Vasif Hüseynli (piano) Azərbaycan və Fransa bəstəkarlarının musiqilərini səsləndiriblər. “Mahur”, “Çahargah”, “Sirli gecə”, “Mən səni araram” musiqiləri tamaşaçıların alqışları ilə qarşılanıb.

Goethe İnstitutunda səfirliyimizin mədəniyyət işləri üzrə attaşesi Günay Axundovanın təşkilatçılığı ilə keçirilən konsertdə kollektivin festival üçün etno-caz musiqisi üzrə proqramı cazsevərlərin zövqünü oxşayıb.

Parisdə Slovakiya Mədəniyyət Mərkəzinin direktoru Daniel Jurkoviç “Cəngi” qrupunu 3 il əvvəl “Jazzycolors” festivalı çərçivəsində dinlədiyini və həmin vaxtdan da qrupun ifasına heyran olduğunu deyib. “Bu müddət ərazində qrup yüksək səviyyə əldə edib. Tarzən Mircavid Cəfərov gənc olmasına baxmayaraq, bu müddət ərzində keçdiyi karyera yolu qibtə oyadır. Qısa müddət ərzində o, yüksək zirvələr fəth edib. Onun ifasını çox bəyəndim. Tar və ud musiqi alətlərinin səsinə isə valeh oldum”, – deyə Slovakiya Mədəniyyət Mərkəzinin direktoru bildirib.

Musiqişünas Siman Ştreyli isə deyib: “Çox gözəl konsert oldu. Azərbaycan cazını tanımağıma baxmayaraq, bu konsertdə caz-muğamın yeni nüansını kəşf etdim. Əvvəllər bir çox azərbaycanlı pianoçuların konsertində olmuşam. Azərbaycan klassik musiqilərinə heyranam. Azərbaycan musiqilərini çox sevirəm. Ancaq bu axşamkı konsertin xüsusi yeri var. O, insanın qəlbinə toxunurdu. Musiqi alətlərinin qarışığı fantastik olur”.

Tamaşaçı Polin Ferron konsertdə əsl Azərbaycan ruhunun olduğunu, milli çalarların duyulduğunu qeyd edərək, ondan xüsusi zövq aldığını vurğulayıb. Azərbaycan musiqiçilərinin konsertinə böyük məmnuniyyətlə gəldiyini və həmişə olduğu kimi, yenə də xoş təəssüratla qayıtdığını söyləyib.

Konsertin sonunda Azərbaycanın tarixinin və mədəniyyətinin dünyada təbliğində xüsusi rolu olan “İRS” jurnalı fransız cazsevərlərə hədiyyə edilib.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib