Azərbaycanda bu şəxslərin pensiyaları artacaq

Azərbaycanda hansı sahələrdə mütəxəssisə ehtiyac olduğunu virtual göstərən yeni sistem yaradılır.

Xezerxeber.az  bildirir ki, növbəti 3 il ərzində yaradılacaq bu sistem dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsi əsasında qurulacaq. Bu isə həm iş, həm də işçi axtaranlar üçün ən əlverişli və müasir sistem olacaq. Növbəti 3 ildə qurulması nəzərdə tutulan Milli Observatoriya adlanan sistem ən qabaqcıl ölkələrin təcrübəsi əsasında hazırlanacaq.

Bundan başqa, gələn il sovet dönəmində əmək stajı olanların pensiyalarında artımlar da gözlənilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirir ki, gələcəkdə tələb olunacaq ixtisasların proqnozunu özündə cəmləşdirəcək bu sistemlə iş axtaranların məşğulluq mərkəzlərinə getməsinə ehtiyac qalmayacaq. Bundan başqa gələcəkdə hansı ixtisaslara daha çox ehtiyac olduğunu universitetlərdə oxuyan tələbələr bir neçə il qabaqdan müəyyən edə və asanlıqla həmin sahəyə yönələ biləcəklər. Bu gənc işçi qüvvəsinin daha yaxşı hazırlığına da səbəb olacaq.

Nazir həmçinin sovet dönəmində əmək stajı olan şəxslərin stajlarına yenidən baxılması prosesinin də yeni ildən başlayacağına diqqət çəkib. Nazir onu da qeyd edib ki, əsasən 1992 ci ildən öncə əmək stajı olanların sənədlərinə baxılacaq.

Onu da qeyd edək ki, sovet dönəmində əmək stajı olanların stajları yenidən hesablana və onlara verilən pensiyaların miqdarında bu aradşırmalar nəticəsində artımlar ola bilər. Bu həyata keçiriləcək araşdırmalardan sonra bəlli olacaq.

Bu arada əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı konsepsiya sənədi və tədbirlər planının təqdimatı olub. Tədbirdə müxtəlif nazirlik və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi