“Ağıllı” kontakt linzalar xərçəng hüceyrələrini aşkarlayacaq – FOTO

“Google” şirkəti qanda şəkərin miqdarını dəqiq ölçə bilən “ağıllı” kontakt linzalarının hazırlanması üçün patent hüququ alıb.

Milli.Az xəbər verir ki, xüsusilə şəkərli diabet xəstələrinin şəkərin miqdarını gün ərzində nəzarətdə saxlamaq üçün əlverişli hesab edilən linzalar, qanda şəkərin miqdarını ölçməklə yanaşı, ölçmənin nəticələrini miniatür simsiz rabitə vasitəsilə smartfonlara yüklənə biləcək qurğulara göndərir.

Diabet xəstələri üçün qanda şəkərin səviyyəsini daim bilmək böyük əhəmiyyət kəsb edir. “Ağıllı” kontakt linzaların hazırlanması layihəsi üçün “Google” şirkəti hələ 2014-cü ilin iyul ayında “Novartis” şirkəti ilə ikitərəfli əməkdaşlıq haqqında saziş imzalayıb.

“Ağıllı” kontakt linzaların yaradılmasında “Google X” metodlarından istifadə olunub. Elmi cəhətdən “Google Glass” adlandırılan layihə robot texnikası ilə hazırlanaraq dünya bazarında ön planda yer alacaq.

 Belə ki, portativ qurğuda işləyən “Google X” metodu xərçəng hüceyrələrini dəqiq izləyə bilir. Xüsusi detektorlar maqnit bilərziklər vasitəsilə işləyir və qanda mövcud ola biləcək müxtəlif xərçəng hüceyrələrini aşkarlayır. Nanorobotlar isə nəticələrin monitorinqini həyata keçirir.

“Google” şirkəti hazırlanan layihələrin nə zaman satışa çıxarılacağı ilə bağlı dəqiq məlumat verməyib. “Ağıllı” linzaların ilkin bazar qiyməti ilə əlaqəli də heç bir məlumat yoxdur.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi