Neftin qiyməti ucuzlaşıb
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar ucuzlaşaraq 64,69 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 63,60 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar azalaraq 57,75 dollar təşkil edib.