Myanma lideri “Oksford” mükafatından məhrum edilib

Myanma lideri “Oksford” mükafatından məhrum edilib. Bu barədə Londonun “The Independent” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, Myanmanın dövlət müşaviri və de-fakto siyasi lideri Aun San Su Çji “Freedom of the City of Oxford” mükafatından öz vətənində müsəlman rohinca xalqının təqibini dayandıra bilmədiyinə görə məhrum edilib. Nəşrin xəbərə görə, Oksfordun şura üzvləri zorakılığa göz yumana ehtiram bəsləmək istəmədiklərini razılaşdırıblar.

Oksfordun məzunu Aun San Su Çji 20 il əvvəl “azadlıq uğrunda uzun müddətli mübarizəyə görə” bu mükafata layiq görülüb. Universitet şəhərinin hakimiyyəti Myanmada demokratiyanın qələbəsi üçün mübarizə aparmış müxalif siyasətçisinin uzun illər ev dustaqlığı altında olmasını qeyd edib.

1991-ci ildə Aun San Su Çji Nobel sülh mükafatına da layiq görülüb.

Qeyd edək ki, Myanmada rohincalara qarşı zorakılıqlar nəticəsində yüz minlərlə müsəlman vətənindən didərgin düşüb, fiziki təzyiqlərə və təhqirlərə məruz qalıb. Ölkənin hakimiyyət orqanları baş verənlərə göz yumub.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib