Prezident İlham Əliyevdən Elmar Vəliyev haqqında SƏRƏNCAM…

Prezident İlham Əliyev E.R.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elmar Rüstəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.