Gülər Əhmədovaya təzyiq edildi: “Səni heyran olduğun şəhərdə heyran olduğun şəxslər…”

Sabiq deputat Gülər Əhmədova gənc aktrisa Pərvin Abiyavanı tənqid etdiyinə görə təzyiqlərə məruz qalıb.

A24.az xəbər verir ki, bu barədə sabiq millət vəkili özü qeyd edib. G.Əhmədova ona olunan hücumları adi qarşıladığını bildirib:

“Dostlarım zəng vurub irad bildirdilər ki,” Sənin nəyinə lazımdır?” Dostlar, zaman- zaman müxtəlif ölkələrin mediya vasitəsi ilə Azərbaycan qadının obrazı yaradılır. Bir çox hallarda bu obrazlar Koroğlunun Nigarına, Qaçaq Nəbinin Həcərinə, 20 yanvar şəhidi İlhamın Fərizəsinə, Qarabağda döyüşən, şəhid olan Gültəkinə, Salatına, adlarını çəkmədiyim uğurlu qadınlarımıza, Şərqdə ilk opera yazan Şəfiqə xanıma, ilk pilotumuz Leyla xanıma bənzəmir. Mən uzun illər beynəlxalq siyasətlə məşğul olmuş şəxs kimi bilirəm ki, digər ölkələrin mətbuatında dərc olunan belə yazılar dövlətin, xalqın imicinə necə təsir edir.

Eyni zamanda onu da bilirəm ki, mənə qarşı cəbhə açılacaq. Lakin susmaq o deməkdir ki, qapılarımızdan çıxan qız- gəlinlər üçün bu aktrisanın verdiyi açıqlamaların daşıdığı mənəvi və tərbiyəvi yükü dəstəkləyirik. Biz yaşlı- başlı adamlarıq. Qoy qızlarımız, gəlinlərimiz görsünlər ki, aktrisanın fikirlərinə alternativ fikirlər və dünyagörüşü var. Mənim 18 yaşını keçmiş heç bir kəsin həyat tərzinə qarışmaq fikrim yoxdur. Amma bu “Hürriyyət”in səhifələrinə çıxınca, məsələ dəyişir. O ki qaldı mənə olan hücumlara, bunu da gəncliyə keçmək olar… Xoşbəxt olun”.

Xatırladaq ki, Gülər Əhmədova Pərvin Abıyevanın Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində azərbaycanlı kişilər haqqında dediyi ifadələrə görə tənqid etmişdi. O, aktrisa haqqında bunları yazmışdı: “Bu pərvinlər göydən düşmür, onlar bütün dünyada və ölkələrdə var. Bu əyalət pərvinlərinin böyük meqapolislərdə yaşadıqları “uğur” eyforiyasının xarakterik xüsusiyyətləridir. Əgər zamanında bu pərvinləri öz xalqı, milli mənsubiyyəti, dili, mədəniyyəti, adət-ənənləri ilə fəxr etməyi öyrətsəydik, o da osmanlı kultu qarşısında əyilib əzilməzdi. Əslində, o özü də hiss etmədən böyüdüyünü düşündüyü vaxtda “Hürriyət” yazarı tərəfindən çox pis əzilir, kiçildilir. Əlbəttə ki, o bunu çox az müddətdən sonra heyran olduğu şəhərdə heyran olduğu şəxslər tərəfindən hiss edəcək və eşidəcək. Amma, maaləsəf ( türkün sözu))). Sonrakı peşmançılıq fayda verməyəcək.
P.S. “Москва слезам не верит” filmi yadınızdadır. Əyalətdə Moskvaya gələn qızların ( лимитчица) həyatı…”

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi