Parisdə möhtəşəm Muğam gecəsi (FOTO)

Azərbaycannın Dostları Assosiasiyasının dəstəyi ilə ötən gün  Parisdə milli muğam ifaçılığımızda özünəməxsus üsluba malik olan Qoçaq Əsgərov və məhşur fransız caz ifaçısı Pyer de Traqomenin rəhbərliyi ilə Muğam-Soul konserti keçirilib.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, mügənniləri səhnədə istedadlı musiqiçilərimiz Elnur Mikayilov (kamança), Kamran Kərimov (nağara) və Vasif Huseynzadə (piano) müşaiyət ediblər.

Konsert gecəsini Azərbaycanın Dostları Asosiasiyasının baş katibi Mirvari Fətəliyeva açaraq Azərbaycanın mənəvi sərvəti sayılan və UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilən Muğam haqqında söhbət açıb. O çıxışında deyib ki, Muğam Azərbaycan xalqının dünyadakı səsi kimi milyonlara yalnız zövq verici musiqi bəxş etmir, həm də milli kimliyimizi və ölkəmizin gerçəklərini olduğu kimi bütün dinləyicilərə çatdırmağa kömək edir.

Daha sonra Sənubər Bağırova, Azərbaycanın tanımmış musiqişünası muğam haqqında geniş məlumat verərək fransız caz ustasının muğam sənətinə olan marağından, layihənin yaranma tarixindən söz açdı. O qeyd etdi ki, milli sərvətimiz olan muğam füsünkar xususiyyəti ilə həmişə şərq musiqisinin mistikasına vurğun musiqisevərləri özünə cəlb edir. Dünyanın hər bir yerində musiqi həvəskarları bu əsrarəngiz və fəlsəfi musiqini sevir və araşdırırlar.

Konsert qrupun 17 noyabr tarixində Felmay italyan disk evinin imzası ilə Mugham Souls – Gochag Askarov & Pierre de Trégomain adlı albomunun Fransada işıq üzü görməsi münasibəti ilə təşkil olunub. Caz aləmi və dünya musiqisinə yeniliklər bəxş edən bu albom dərin mənəvi hisslərlə zəngin olan yaradıcı əməyin bəhrəsidir.

Muğam-Soul müxtəlif mədəniyyətə məxsus olan iki ecazkar səs ustasinın bərabər çalişmasının nətcəsidir. Ilk dəfə muğamı Parisdə Qoçaq Əsgərovun albomlarını dinləyərək kəşf edən Pyer de Treqomen mugamın mistik aləminə heyran olur. O 2016-cı il fevralında mugam sənətini ustanın ozündən öyrənmək üçün Bakıya gedir. Onların görüşü və bərabər çalışmaları o qədər uğurlu olur ki, ətraflarına istedadlı musiqiçiləri toplayaraq milli muğamlarmızdan, şəxsi bəstələrindən və improvizasiyalardan ibarət repertuarla əməkdaşlığa başlayırlar. Caz aləmindən gələn Pier de Treqomen və muğamın sirrlərindən bəhs edən Qoçaq Əsgərovun bərabər ifası ilə, milli musiqimiz yeni bir həyat yaşayır.

Fevral ayında Fransa Institutunun dəstəyi ilə qrupun Bakıda, Yarat müasir Incəsənət mərkəzində ilk konserti və Iyul ayında Parisdə Azərbaycanın Dostları Assosiasiyasının dəvəti ilə daha iki konserti təşkil olunub.

Bir daha musiqiçilərin əsrarəngiz ifaları tamaşıçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi