Şevçenko Azərbaycana görə hər kəsi susdurdu

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Zaman göstərəcək” tok-şousunda polyak millətçisi Tomaş Matseyçukla rusiyalı politoloq Maksim Şevçenko arasında mübahisə yaşanıb.

Mübahisəyə səbəb tok-şouda Rusiyanın müttəfiqi sayılan Ermənistanın Şərq Tərəfdaşlığı layihəsinə qoşulması olub. Matseyçukun Şərq Tərəfdaşlığını demokratiyanın və avropalaşmanın postsovet məkanında yayılması vasitəsi kimi qələmə verməsi Şevçenkonun etiraz etməsi ilə nəticələnib. Bu zaman Şevçenkonun Şərq Tərəfdaşlığını yeni nizam adlandırması ilə razılaşan polyak millətçi “Şərq Tərəfdaşlığı yeni Avropa nizamının yaradılması üçün vasitədir” deyib.

Daha sonra Matseyçuk Şevçenkoya Ermənistanın düşməni olub-olmaması ilə bağlı sual verib. Şevçenko isə düşünmədən “Rusiyanın müttəfiqi olan ermənilər bizim də müttəfiqimizdir, sizin müttəfiqiniz olanlar isə düşmənimizdir” deyib.

Matseyçukun “Bəs Qarabağ kimindir” sualına Şevçenko sərt şəkildə “Qarabağ Azərbaycan ərazisidir.

Azərbaycanın taleyi isə Moskva, Ankara və Tehran arasındakı üçtərəfli razılaşma ilə həll edilməlidir” sözlərini söyləyib.

Matseyçuk isə daha sonra Şevçonkaya cavabında onunla razılaşmadığını bildirir:

“Bir polyak kimi deyirəm. Qarabağ Ermənistandır, buna görə də Ermənistan bizimlə olacaq, buna görə də Ermənistan bizim müttəfiqimiz olacaq. Ona görə ki, siz ruslar azərbaycanlılara silah satırsınız, azərbaycanlılar isə sizin müttəfiqlərinizi öldürürlər. Bu ikiüzlülükdür. Siz ermənilərin müttəfiqi deyilsiniz”. Axar.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi