Atatürk hava limanında sahibsiz çanta tapılıb

İstanbulun Atatürk Beynəlxalq Hava Limanında sahibsiz çanta tapılıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, polislər çantanın olduğu yeri mühasirəyə aldıqdan sonra hadisə yerinə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri çağırıblar.

Məlumata əsasən, mütəxəssislər çantanı nəzarətli olaraq partladıblar. Çantada təhlükəli və ya partlayıcı maddənin olmadığı bildirilib.