İŞİD-in köləsinə çevrilmiş 18 yaşlı Dilbər Məmmədova: “Atam bizi zorla gətirdi…”

İŞİD terror qruplaşmasının “paytaxt” elan etdiyi Raqqanın kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri tərəfindən azad edilməsindən sonra qəddar cihadçıların yüzlərlə ailə üzvləri ölkənin şimalındakı Ayn İsa düşərgəsinə sığınıb. Virtualaz.org xəbər verir ki, mülki kürdlərin nəzarət etdiyi düşərgədə saxlanılanlar arasında azərbaycanlı qadın ə uşaqlar da var.

Onlardan biri Dilbər Məmmədova başına gələnləri danışıb, atası tərəfindən zorla Suriyaya aparıldıqlarını deyib. Hazırda 18 yaşı olan Dilbər Məmmədova deyib ki, atası İŞİD üzvü olub. Onlar Türkiyə üzərindən Suriyaya keçiblər. “Türkiyəyə aid ambulansla sərhədi keçdik, keçərkən nə sərhəd xətti, nə əsgər görmədik”-o deyib.

Dilbər danışıb ki, atası onun bilmədiyi səbəblərdən İŞİD tərəfindən edam olunub. Terror təşkilatının əsarətində olarkən İŞİD o vaxt yetkinlik yaşına çatmayan Dilbəri terrorçulardan biri ilə zorla evləndirib. Həmin terrorçu döyüşlərdən birində öldürüləndən sonra bu dəfə azərbaycanlı qızı başqa İŞİD-çiyə zorla ərə verilib.

D.Məmmədova danışır ki, Raqqada saxlanıldığı evdə tez-tez zorakılığa məruz qalıb, bir neçə dəfə evdən qaçmağa çalışsa da baş tutmayıb. Nəhayət Raqqa İŞİD-dən azad ediləndə Dilbər digər mülki şəxslər kimi kürd döyüşçülərin sığınıb. “Həmin an özümü qanadlanmış kimi hiss etdim. İŞİD bizdən hər şeyimizi, sevincimizi uşaqlıq illərimizi aldı”-deyə o bildirir.

Virtualaz.org xatırladır ki, bundan əvvəl İraqın Mosul şəhərinin azad olunması zamanı da İŞİD-ə qoşulmuş xeyli azərbaycanlı qadın, onların azyaşlı uşaqları aşkarlanıb. Bu qadınlar və uşaqlar İraqın şimalındakı düşərgədə saxlanılır, Bağdad hökuməti onları deportasiya etməyə hazırlaşır. Xarici KİV-lərin reportajlarına əsasən həmin azərbaycanlı qadınların bir çoxu İŞİD-in nəzarətində yaşamaqdan razılıq ifadə edirlər.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib