UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub

UNESCO-nun Parisdəki baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Gürcüstan və Almaniya nümayəndələrinin iştirakı ilə almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə böyük konsert proqramı keçirilib. istanbulunmerkezi sayılabilecek bu semtte topkapı escort kızlarınız sizler için listeledik.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, müxtəlif ölkələrin UNESCO yanındakı səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycan, Gürcüstan və Almaniyadan gəlmiş musiqiçilərin bu ölkələrin ənənəvi və klassik musiqilərini səsləndirəcəklərini qeyd edib. Bildirilib ki, konsertdə Azərbaycan muğamı ilə yanaşı, gürcü polifonik mahnısı və İ.S. Baxın klassik əsərləri ifa olunacaq.

Daimi nümayəndə qeyd edib ki, Azərbaycan muğamı və gürcü polifonik mahnısı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Konsertin almanların Cənubi Qafqaza, xüsusilə də Azərbaycana miqrasiyasının 200 illiyinə həsr edildiyini vurğulayan A.Kərimov onların ölkəmizdəki zəngin tarixi və mədəni irsindən söz açıb, iştirakçıları bu zəngin irslə tanış olmaq üçün ölkəmizə, eləcə də UNESCO-nun baş qərargahında keçirilən sərgiyə baxmağa dəvət edib. Qısa zaman kəsiyində almanların yerli əhaliyə asanlıqla inteqrasiyasının xalqımızın istiqanlılığı, digər mədəniyyətlərə hörməti sayəsində mümkün olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban ailə kimi yaşayırlar. Tolerantlıq xalqımızın gündəlik həyat tərzidir.

Qeyd edilib ki, Azərbaycan hökuməti bütün etnik və dini icmaların tarixi və mədəni irsinin qorunub saxlanmasına, bərpasına xüsusi diqqət ayırır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirə verdikləri dəstəyə görə UNESCO rəhbərliyinə və katibliyinə təşəkkür edib. Nazir tədbirin Azərbaycanda hökm sürən multikulturalizmin və dini tolerantlığın bir nümunəsi olduğunu qeyd edib. Ə. Qarayev Azərbaycanda mövcud olmuş tarixi alman məskənləri, onların qorunub saxlanması üçün görülən işlər, həmin ərazilərdəki abidələrin ölkəmizin turizm imkanlarına töhfəsi barədə məlumat verib. Nazir, həmçinin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama müvafiq olaraq hazırlanmış tədbirlər planı haqqında da danışıb.

Azərbaycanın mədəniyyətlər və dinlər arasında dialoqun möhkəmlənməsi üçün gördüyü işlərdən söz açan Əbülfəs Qarayev multikultural yaxınlaşma və digər mədəniyyətləri daha yaxından tanıma nəticəsində dünyadakı bir çox problemlərin asanlıqla həll oluna biləcəyini qeyd edib. “Bakı prosesi”nə toxunan nazir Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunda UNESCO-nun ölkəmizin əsas tərəfdaşı olmasından fəxr etdiklərini vurğulayıb.

Nazir “Bakı Prosesi”nin 10 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalandığını diqqətə çatdırıb.

UNESCO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt, Gürcüstanın UNESCO yanındakı nümayəndəliyinin rəhbəri Ekaterina Siradze-Dölone, Almaniyanın qurumdakı nümayəndəliyinin rəhbəri Stefan Kravyelski çıxış edərək ölkəmizdəki tolerant mühitdən, Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsindən danışıblar.

Çıxışlardan sonra Fuad Axundov ölkəmizə gəlmiş almanların tarixi ilə bağlı məlumat verib.

Sonra ölkəmizdə almanların yaşadıqları məkanlar, onların həyat tərzi ilə bağlı sənədli film nümayiş etdirilib.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır