Parlament spikeri saxlanıldı
İndoneziya Korrupsiyaya qarşı Mübarizə Komitəsi dövlət büdcəsindən 170 milyon dolların mənimsənilməsi şübhəsi ilə ölkə parlamentinin spikeri Setiyu Novanonu saxlayıb.
Bu barədə Eastnews.org-un verdiyi xəbərə görə,“Straits Times” nəşri məlumat verib.
Məlumata əsasən, məmur 2009-cu ildə ölkədə yeni şəxsiyyət vəsiqəsinin tətbiqi üçün nəzərdə tutulan layihənin vəsaitini mənsiməməkdə ittiham edilir.