Gürcü politoloq: Avropa İttifaqı Ermənistandan təkcə Metsamor AES-i bağlamağı deyil, işğala son qoymağı da tələb etməlidir

Avropa İttifaqı (Aİ) Ermənistandan Metsamor Atom Elektrik Stansiyasını (AES) bağlamağı tələb edib. Ermənistan enerji böhranı ilə üz üzədir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sputnik-Armenia” saytı yazıb.

Saytın yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında Aİ ilə Ermənistan arasında imzalanacaq razılaşmanın şərtləri açıqlanıb. Sənəddə deyilir ki, Ermənistan Metsamor AES-in fəaliyyətini dayandırmalı, ölkənin enerji təhlükəsizlyini təmin etmək üçün alternativ yollar tapmalıdır.

Aİ-nın bu tələbi erməni və gürcü iqtisadçılar, siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb.

Erməni iqtisadçı Vilen Xaçatryan hesab edir ki, Ermənistanın alternativ enerji mənbələri yoxdur. Metsamor AES-in bağlanması Ermənistanın regiondakı mövqelərini daha da zəiflədəcək.

Gürcü politoloq, tarixçi alim Simon Kopadze AZƏRTAC-a müsahibəsində deyib ki, Ermənistanın Avropa İttifaqı ailəsinə daxil olması üçün Metsamor AES-in bağlanması yeganə şərt ola bilməz. Ermənistan, eyni zamanda, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, işğala, terrora son qoymalıdır.

Politoloq hesab edir ki, ikili standartları ilə seçilən Avropa İttifaqı əslində təkcə Metsamor AES-in bağlanması tələbini irəli sürməklə əsas məsələdən yayınır.

“Belə olmasa idi, Avropa İttifaqı dövlətlərin ərazi bütövlüyü məsələsini, Ermənistanın işğalçılıq siyasətini qabardar, ondan işğala son qoymağı tələb edərdi və regionda sülhə nail olunardı. Ona görə də hesab edirəm ki, başqa dövlətin vassalı olan Ermənistan üçün Metsamor AES çox zəif şərtdir”- deyə Kopadze vurğulayıb.

“Art-qallery” televiziyasının rəhbəri, politoloq Tengiz Txilava isə hesab edir ki, bu tələb çoxdan irəli sürülməli idi. Çünki Metsamor AES istismar müddətini başa vurub və regionun, eləcə də Avropanın özü üçün çox ciddi təhlükə mənbəyidir: “Biz hamımız Çernobıl faciəsini çox yaxşı xatırlayırıq. Metsamor AES-də də ciddi problemlərin yaşandığı hamıya bəllidir. Düşünürəm ki, Ermənistanın inadkarlığı Avropanın da narahat etməyə başlayıb. Çünki, bu stansiyada fəlakət baş versə, Avropa ölkələri də bunun acı nəticələrini yaşayacaqlar. Amma bu tələb yalnız kağız üzərində qalmamalı, Ermənistana qarşı digər tələblər də irəli sürülməli və onların icrasına nail olunmalıdır” – deyə Txilava vurğulayıb.

Qeyd edək ki, noyabrın 24-də Ermənistan Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsinə dair müqavilə imzalamaq niyyətindədir.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi