Polis sevgilisi ilə qaçan qız özünü niyə öldürüb?

Bir neçə gün öncə valideynləri tərəfindən zorla ərə verildiyi üçün intihar etdiyi deyilən 22 yaşlı qızın ölümü ilə bağlı detallar məlum olub. Məlumata görə, 1995-cü il təvəllüdlü Xalidə Vəliyeva noyabrın 12-də paytaxtın Qara Qarayev prosektindəki 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Mərhum X.Vəliyevanın anası Validə Vəliyeva  bildirib ki, qızının onlar tərəfindən zorla ərə verilməsi yalandır: “Qızım Xalidə noyabrın 12-də Quliyev Balakişi Eldəniz oğlu ilə qaçıb. Onlar birlikdə Balakişinin “Mercedes” markalı avtomobili ilə Şamaxıdan Bakıya gediblər. Qızım həmin gün saat 11:11-də mənə “SMS” yazaraq “Dadaş”la qaçdığını, şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyünü yazmışdı. Oğlanın ləqəbi “Dadaş”dır.

Həmin gün də saat 16:45-də ölüm xəbəri gəldi. Qızım demişdi ki, öz razılığı ilə Balakişi ilə gedib və nikah bağlayacaqlar. Burada başqa bir söhbət olmayıb”.

V.Vəliyeva qeyd edib ki, qızını qaçıran 1983-cü il təvəllüdlü B.Quliyev əslən Şamaxıdan olsa da, Bakının Nizami Rayon Polis Şöbəsində işləyir: “Hadisədən sonra onun da izahatı alınıb, buraxılıb. Nə Balakişi, nə də ailəsi bizə gəlib. Hadisə də necə olub bilmirik. Yalandan mətbuata məlumat ötürülüb ki, guya biz qızımızı zorla ərə vermişik deyə intihar edib”.

V.Vəliyeva bildirib ki, B.Quliyevlə qızı məktəbdən tanış olublar: “Mən Şamaxıda müəllim işləyirəm, Balakişiyə də dərs demişəm. Çoxdandır bir-birilərini istəyirdilər”.

Qafqazinfo.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi