RƏSMİ: İŞİD-ə qoşulan 200-dən çox şəxsin vətəndaşlığı ləğv edilib

“Araşdırmalara əsasən son il yarım ərzində Azərbaycan vətəndaşlarından Suriyada və İraqdakı qeyri-qanuni birləşmələrə qoşulma halları olmayıb”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovdeyib. Komitə rəsmisi bildirib ki, son aylar İŞİD-in üzərinə böyük hücumdan sonra həmin birləşmələrdən azərbaycanlıların qaçışı başlayıb. “Onların bir qismi Azərbaycana qayıdan zaman hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunub. Bir qismi isə məsuliyyətdən yayınmaq üçün üçüncü ölkələrdə gizlənməyə çalışır. Hüquq-mühafizə orqanları da partnyor ölkələr vasitəsilə həmin şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində iş aparır”.

S.Heydərov qeyd edib ki, döyüşlərdə iştirak edən 200-dən artıq azərbaycanlının vətəndaşlığı ləğv edilib, onlar artıq ölkəyə qayıda bilməzlər.  “95 nəfər məsuliyyətə cəlb olunub. 300-dən artıq azərbaycanlının isə orada ölməsi haqqında məlumatlar var. Bir qism azərbaycanlı qalıb və onlar ölkəmiz üçün təhlükə mənbəyidir. Aidiyyatı dövlətlərlə birgə onların müəyyənləşdirilməsi istiqamətində işlər gedir. O cümlədən valideynləri itirmiş 19 uşağın Azərbaycana qaytarılması üçün aidiyyatı dövlət qurumları, xüsusilə Xarici İşlər Nazirliyi tərəfindən işlər aparılır. Uşaqlardan biri gətirilərək yaxınlarına təhvil verilib” – sədr müavini vurğulayıb. AzVision.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi