Avtoxuliqanlıq edən məmur oğlu polisə tabe olmayaraq qaçıb -VİDEO

 

Bakıda sərxoş sürücü tərəfindən növbəti avtoxuliqanlıq və polisə tabe olmama hadisəsi qeydə alınıb.”Report” xəbər verir ki, hadisə reyd aparılan zaman Nərimanov rayonu ərazisində baş verib.

“10-LJ-600” dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozduğuna görə, ona Yol Patrul Xidmətinin (YPX) “99-YP-481” dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan polis əməkdaşları tərəfindən “saxla!” əmri verilib. Lakin sürücü əmrə tabe olmayıb. Polisin təqibindən sonra avtomobili saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib.

Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib. Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb. Yenidən YPX əməkdaşları tərəfindən təqib olunan sürücü buna məhəl qoymayaraq avtomobili ilə Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və nəqliyyat vasitəsini orada saxlayaraq restoranda gizlənib.

Sürücünün avtomobili evakuatorun götürə bilməməsi üçün divara və digər avtomobilə mümkün qədər yaxın vəziyyətdə saxlamasına baxmayaraq, avtomobil çətinliklə də olsa, ərazidən götürülərək cərimə meydançasına aparılıb.

YPX əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində avtomobilin 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğluna məxsus olduğu müəyyən edilib. Sürücü haqqında araşdırmalara başlanılıb.

E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

“Report” “BMW” markalı avtomobilin YPX maşınları tərəfindən təqib olunduğu kadrları sizə təqdim edir.

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi