Nazir müavini: Hər aptek psixotrop maddələrdən ibarət preparatları sata bilməz

Hər aptek də psixotrop maddələrdən ibarət olan preparatları sata bilməz. Bunun üçün xüsusi icazə verilməlidir. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, belə apteklərin sayı bu gün üçün heç 10 faizə qədər deyil. E.Ağayev əlavə edib ki, psixotrop maddələrin, dövriyyəsinə nəzarət edilən preparatların qanunsuz satılmaması ilə bağlı apteklərə mütəmadi şəkildə xəbərdarlıq edilir: “Dövriyyəsinə nəzarət edilən preparatların siyahısı Milli Məclis tərəfindən təsdiq edilib və daim yenilənir. Bu yaxınlarda Səhiyyə Nazirliyi 50 milliqramlıq tramadolun məhz həmin siyahıya daxil edilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənova müraciət edib”.

O bildirib ki, apteklər həmin dərmanların satışında diqqətli olmalıdırlar: “Yoxlamalar dayandırıldığı zaman nazirlik yoxlama apara bilmirdi. Ancaq yeni qanunvericiliyə görə, bununla bağlı Səhiyyə Nazirliyinə səlahiyyətlər verilib”. Tibb müəssisələri qanuna riayət etməlidirlər ki, ağır iqtisadi cəzalarla cəzalandırılmasınlar. Trend.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi