Xaçmazda ŞOK HADİSƏ: sevdiyi qızın anası ilə yatdı, öldürdü, sonra…

Sevdiyi qızın anasını öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Samir Hacıəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Samir Hacıəliyev bu il martın 27-də Xaçmaz rayonu, Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb. Onun Gülnaz Sultanovanın qızı ilə sevgi münasibətləri olub.

Samir 2014-cü ildən Gülnaz Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bir müddət sonra o, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.

Hadisə baş verən günü Samir Hacıəliyevlə Gülnaz Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnaz Sultanova onu söyərək təhqir edib. Bu isə qanlı cinayət hadisəsi ilə nəticələnib. Cinayəti törədən Samir Hacıəliyev Xaçmaz rayon polis şöbəsinə gələrək təslim olub.

Samir Hacıəliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məhkəmənin baxış iclasında qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, dörd il ərzində anası ilə Samir Hacıəliyevin münasibətləri olduğunu deyib: “Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə xəcalət çəkirəm. Maraqlandım, mənə dedilər ki, onların münasibəti var, guya sən bilmirsən? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibəti yoxdur, amma inanmadım”. Publika.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi