Bakının Nərimanov rayonunda YANĞIN-FOTO

Bu saatlarda Bakının Nərimanov rayonunun Yusif Çəmənzəminli küçəsində yerləşən “AFEN Plaza”da güclü yanğın baş verib. Binanın 6-cı mərtəbəsində başlayan yanğın bütün mərtəbələrə keçib. Hadisə yerinə Fövəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.  Xatırladaq ki, “Qafqazinfo” Xəbər Portalının ofisi də “AFEN Plaza”da yerləşir.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

 

 

Фото Fatima Pashayeva.

 

Maraqlı xəbərləri MediaZona.Az Facebook səhifəmizdən izləyin.