ABŞ Türkiyə qarşısında niyə geri çəkildi?

“Türkiyə ABŞ-ın qarşısında geri çəkilmədi, onun “viza embarqosu”na “embarqo” ilə cavab verdi və Ağ evi başa saldı ki, Qərbin hər əmrinə baş əyən kamalizm dövrü artıq geridə qalıb. Nəticə isə göz qabağındadır. ABŞ geri addım atmaq məcburiyyətində qaldı və artıq ABŞ səfirliyi Türkiyə vətəndaşlarına yenidən viza verilməsinə başlayıb”.

Bu fikirləri  türkoloq, publisist Bəxtiyar Tuncay öz Facebook səhifəsində yazıb. Onun fikrincə, ABŞ-ın Türkiyə qarşısında geri çəkilməsinin müxtəlif səbəbləri var: “Bəziləri bunun cənab Ərdoğanla Putinin noyabrın 13-nə planlaşdırılmış görüşü ilə əlaqələndirirlər. Təbii ki, işin içində bu da var. Amma bu məsələ əsas məsəıə deyil. Əsas məsələ Türkiyənin Kərkükə əl qoymasına qarşı olan amerikalıların kürd kartına üstünlük verməsində və bu kartın isə onların İran qarşısında biabırcasına məğlubiyyətinə səbəb olmasındadır. Fakt budur ki, Kərkük bu gün İrana bağlı qüvvələrin əlindədir. Tehran İraqda əsas söz sahibinə çevrilib, ABŞ isə İraq Kürdüstanına sıxışmaq məcburiyyətində qalıb. Odur ki, səhvini düzəltməyə çalışır”. 

Daha sonra türkoloq Türkiyə baş nazirinin ABŞ səfərinə dair fikrini belə tamamlayıb: “Cənab Binəli Yıldırım ABŞ-a səfərə gedir və özü ilə Türkiyənin neft nazirini də aparır. Niyə?

Çünki masaya Kərkük və neft məsələsi yatırılacaq…”

 

Maraqlı xəbərləri MediaZona.Az Facebook səhifəmizdən izləyin.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi