DÇ-2018: Pley-off həyəcanı başlayır

Bu gün Avropa zonasında 2018-ci il dünya çempionatının (DÇ) pley-off mərhələsinin ilk oyunları start götürəcək.

Publika.az xəbər verir ki, seçmə qrupda ikinci yeri tutan 8 kollektiv – İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya 4 vəsiqə uğrunda mübarizə aparacaqlar.

Daha əvvəl ev sahibi Rusiya ilə yanaşı, Avropadan Fransa, Portuqaliya, Belçika, Almaniya, Serbiya, Polşa, İngiltərə, İslandiya və İspaniya dünya çempionatının final mərhələsinə yüksəlib.

Asiyadan İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanının, Afrikadan isə Nigeriya ilə Misirin dünya çempionatında iştirakı dəqiqləşib.

Həmçinin, Cənubi Amerikadan Braziliya, Uruqvay, Argentina, Kolumbiya, eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən Meksika, Kosta-Rika, o cümlədən Panama mundiala vəsiqəni təmin edib. Honduras isə “pley-off”da Asiya zonasında çıxış edən Avstraliya ilə qarşılaşacaq.

Peru millisi “pley-off”da Okeaniya zonasını təmsil edən Yeni Zelandiya ilə qarşılaşacaq. Digər 3 vəsiqəyə isə Afrika zonasında qrup qalibi olacaq kollektivlər sahib çıxacaqlar.

Matçlar 3 günü əhatə edəcək.

DÇ-2018. Avropa zonası, pley-off mərhələsi, ilk oyunlar

9 noyabr

23:45. Şimali İrlandiya – İsveçrə

23:45. Xorvatiya – Yunanıstan

10 noyabr

23:45. İsveç – İtaliya

11 noyabr

23:45. Danimarka – İrlandiya

Maraqlı xəbərləri MediaZona.AzFacebook səhifəmizdən izləyin.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi