Piyadanı vurub qaçan qadın sürücü tutuldu
Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü tutulub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Amil Rüstəmli vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü – Abşeron rayon sakini Şahruzad Novruzova saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.