Biz edə bilmədik, Bakı isə həyata keçirdi – Sərkisyan

“Ermənistan Atom Elektrik Stansiyası 10 il sonra bağlanacaq, onu yeni atom elektrik stansiyası əvəz edəcək”. Ermənistan hökumətinin bu bəyanatına inanmıram. Bunu “SputnikErmənistan” agentliyinə müsahibəsində Ermənistanın Demokratik Partiyasının sədri Aram Sərkisyan söyləyib.

“Ona görə ki, bizim imzaladığımız müqavilədə heç bir yeni atom elektrik stansiyasından bəhs edilmir. Avropa Birliyi ilə Ermənistan arasındakı razılaşmaya əsasən, atom elektrik stansiyasını digər elektrik stansiyalar əvəz etməlidir. Razılaşmaya əsasən bu, daha çox, istilik elektrik və ya su elektrik stansiyaları ola bilər. Bunlar atom elektrik stansiyasının əvəzini verməyəcək. Erməni xalqı Sərkisyan hökumətinin sözlərinə inanmamalıdır. Ermənistan bu gün bütün regional layihələrdən uzaq qalıb. Biz öz günahımız ucbatından təcrid olunmuşuq. Bir zamanlar biz analoji layihəni Ermənistanla İran arasında təklif etmişdik. Bu, Fars körfəzi ilə AB arasında əlaqələndirici olmalı idi. Ermənistan bu imkanından istifadə edə bilmədi. Bakı-Tiflis-Qarsın işə düşməsi ilə təcridolma artacaq və Ermənistan daha böyük dalana dirənəcək” – deyə o bildirib. Axar.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi