Azərbaycan neftinin SON QİYMƏTİ – 64 dollara çatır
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 63,62 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,73 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 62,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 3-də 59,37 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə noyabrın 3-də 61,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.