BTQ-yə erməni təhlükəsi – Tiflis separat anlaşmaya gedərmi?

“Gürcüstan üçün bu yolu seçmək ən ağılsız variant olardı…”

Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin başa çatması və xəttin işə salınması günlərdir ciddi müzakirə obyektinə çevrilib. Azərbaycan, Gürcüstan və Türkiyə daxilində dəmiryolu xəttinin önəmindən, bunun gələcəkdə hər üç ölkəyə verə biləcəyi töhfələrdən söz açılır.

BTQ-dən kənarda qalan düşmən Ermənistan isə şokdadır. Əgər layihənin icrası üçün işlər başladığı zaman erməni siyasi elitası bunun əhəmiyyətsiz olduğunu dilə gətirirdisə, indi tam əksini deyirlər. Artıq itirdiklərinin fərqindədirlər.

Bu amil Azərbaycan və Türkiyəni narahat edən bir məsələni önə çıxarıb. Belə ki, blokada şəraitində olan Ermənistanın öz mallarını gürcü limanları vasitəsilə Avropa çıxardıqları hər kəsə məlumdur. Bu isə gələcəkdə Gürcüstan hökumətinin eyni addımı BTQ vasitəsilə ermənilərə doğru ata biləcəyi barədə narahatedici suallar doğurub. Sualların yaranması isə səbəbsiz deyil. Çünki rəsmi Tiflis hər zaman Azərbaycanla əlaqələrə böyük önəm verdiyini desə də, bu əlaqələri qorumaqda daim maraqlı görünsə də, limanlarını ermənilərin üzərinə açmağa davam edib.

Doğrudur, siyasi və iqtisadçı ekspertlər Gürcüstanın BTQ xətti ilə ermənilərin Avropaya çıxışlarına şərait yaratmayacağını deyirlər. Arqument kimi gürcülərin enerji təhlükəsizliyində Azərbaycan və Türkiyənin əsas rol oynayan iki dövlət olduğu göstərilir. Bütün bunları nəzərə alan Gürcüstanın heç bir vəchlə Azərbaycan və Türkiyənin düşməni olan Ermənistan üçün iki dövlətə qarşı “qırmızı xətt”i keçməyəcəyi ehtimalları kifayət qədər böyük görünür.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, nə zamansa Gürcüstan Ermənistanı bu xəttə qoşa bilər:”Bu fikirlərin səslənməsi haradasa təbiidir. Amma reallıq tam başqadır. Hesab edirəm ki, Gürcüstanla Azərbaycan arasındakı işbirliyi, strateji müttəfiqlik, Bakı-Tiflis-Ceyhan boru kəmərinin Gürcüstan üzərindən keçirilməsi, indi də Bakı-Tiflis-Qars dəmiryolu xəttinin bu ölkə üzərindən keçirilməsi və gələcəkdə Gürcüstanla bu yöndə əməkdaşlığın daha da dərinləşdirilməsi fonunda bu ölkənin nə zamansa Azərbaycanın torpaqlarını işğal etmiş bir dövlətə belə bir şərait yaradacağı inandırıcı görünmür. Əgər Ermənistan torpaqlarımızı işğal edib, bölgədə bu cür aqressiv nümunə sərgiləməsəydi, həm Bakı-Tiflis-Ceyhan boru kəmərinin, həm də Bakı-Tiflis-Qars dəmiryolunun Ermənistan üzərindən keçməsi iqtisadi cəhətdən daha sərfəli idi. Amma bu ölkə işğalçılıq niyyətindən əl çəkmədiyinə görə bu xətlər Gürcüstan üzərindən keçirildi. Təbii ki, həmin xətlərin Gürcüstan üzərindən keçirilməsi rəsmi Tiflisə kifayət qədər iqtisadi və maliyyə dividentləri gətirir. Düşünmürəm ki, Gürcüstan bunları bilə-bilə nə zamansa ermənilərə bu şansı versin. Əgər bunu edərsə, Azərbaycanla münasibətlərində çox böyük gərginlik yarana bilər. Hətta Gürcüstanda bugünkü deyil, başqa bir hakimiyyət belə olsa, bu addımı atacağını düşünmürəm. Bu, çox böyük siyasi yanlışlıq, Azərbaycan kimi yaxın strateji müttəfiqlə əlaqələrin pozulması olardı. Praktiki olaraq bu heç inandırıcı görünmür, nə bu gün, nə sabah, nə də uzaq bir perspektivdə. Əgər belə bir şey baş verərsə, bundan sonrakı transmilli layihələrdə Gürcüstanın iştirakı praktiki olaraq mümkün olmayacaq. Azərbaycan regionda dövlət olaraq çox aparıcı bir gücdür. Bu regionda ölkəmizin iştirakı olmadan hər hansı bir layihənin reallaşdırılması mümkün deyil. Gürcüstana yəqin ki, münasibətləri pozmaq lazım olmayacaq. Burada hər bir dövlət üçün başlıca faktor onun maraqlarıdır. Kimsə inanmıram ki, dövlət və xalqının maraqlarını nəyəsə satsın.  Ermənistan Qarabağ münaqişəsi üçün bu maraqları satıb nə qazanıb? Bölgədə reallaşdırılan saysız-hesabsız layihələrdən kənarda qalmaqla milyardlarla vəsait itirib. Hansı ki, bu vəsaitlər Ermənistana hava-su kimi lazımdır. Gürcüstan üçün nə vaxtsa bu yolu seçmək ən ağılsız variant olardı”.

Cavanşir ABBASLI

  • Oxşar xəbərlər

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək. “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib. Məlumata görə, görüşdə…

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir